Brilliant Dadaşova bağ evini satıb? - "Xərci çoxdur"
7-09-2019, 12:48
Oxunub: 9 226
Xalq artisti Brilliant Dadaşovanın yeni bağ evi alması ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az-ın əməkdaşı B.Dadaşova ilə əlaqə saxlayıb.
Xalq artisti yeni bağ evi alması xəbərini təsdiqləməsə də, öz bağını satışa çıxardığını bildirib:
"Yeni bağ evi almamışam, sadəcə dəyişdirmişəm. Buzovnada yerləşən bağ evimi isə satışa çıxarmışam. Mənə yaxşılıq etmək istəyirsənsə, kömək elə, onu satım (gülür). Qoy satdığımı hamı bilsin, gəlib bağı yaxşı qiymətə alsınlar. Satılandan sonra isə yenisini alacağam. Mən istər yayda, istərsə də qışda bağda qalmağı çox sevirəm. Amma təəssüf ki, burada qışda qalmağa imkan və şərait yoxdur. Çünki qışda qalsam, astarı üzündən baha çıxacaq. O qədər maddi vəsait ayırmaq da istəmirəm. Bir sözlə, xərci çoxdur".
B.Dadaşovanın Buzovnadakı bağ evini hansı qiymətə satmasına gəlincə, Xalq artisti zarafata salıb, suala cavabdan yayınıb:
"Almaq istəsən, zəng edərsən, qiyməti deyərəm".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər