“Gecə yatanda deyirəm ki, bunun axırı necə olacaq?”
31-03-2020, 14:42
Oxunub: 8 604
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilib və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. Əhalini virusdan qorunmağa səsləyən, evdə qalmalarını məsləhət verənlər arasında məşhurlar da az deyil.
Yenisabah.az xəbər verir ki, müğənni Nadir Qafarzadə də sosial şəbəkədən izləyicilərinə səslənib. O, xalqı birliyə səsləyib və bu çətinliyin müvəqqəti olduğuna inandırıb:
“Əziz dostlar, bilirəm çox çətindir. Doğurdan da çox çətin vəziyyətdir, situasiyanın bu qədər çətin olduğunu mən heç anlamazdım. Amma nə etmək olar, evdə oturmaq lazımdır. Doğmalarımızı, yaxınlarımızı qorumaq üçün biz evdə oturmalıyıq. Çətindir, bilirəm, iş-güc var, insanlar işlərindən qalıb, dolanmaq çətindir, amma buna baxmayaraq, çalışmalıyıq ki, müəyyən vaxt evdə qalaq. Bunun üçün dövlət başçımız da çoxlu işlər görür ki, biz evdə oturaq və sağlam olaq. Sağlam ölkəmizin olması üçün evdə qalmağımız mütləqdir. Deyəcəksiniz ki, “Hə, bəs nə yeyək, nə içək?”. Düşünürəm ki, tezliklə bu məsələ də həllini tapar. Allah köməyiniz olsun, bu bəla, çətinlik tezliklə bizdən uzaqlaşsın. İnanın, mən xalqı da düşünürəm, tək özümü yox. Gecə yatanda deyirəm ki, bunun axırı necə olacaq, camaatın dolanışığı necə olacaq? Amma nə edə bilərik ki? Hər halda çalışmalı, birlik əldə etməliyik və bu çətinlikdən sağlam çıxmalıyıq. Allah həkimlərimizin, polislərimizin, xalqımızın köməyi olsun. Müvəqqəti çətinlikdir. Sizi çox sevirəm”.
Həmin görüntüləri təqdim edirik:
https://ok.ru/video/1626044959338
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər