“Kürəkənim oğlumun 15 illik dostudur” – Mələkxanım Əyyubova
4-05-2020, 15:08
Oxunub: 31 735
Xalq artisti Mələkxanım Əyyubova “Səni axtarıram” proqramının virtual qonağı olub.
Bolgexeber.com “Axşam.az”a istinadən xəbər verir ki, xanəndə qızı Nəzrindən bəhs edib.
O bildirib ki, övladının toyu koronavirusa görə qalıb: “Allah bilən məsləhətdir. Nə vaxt Allaz izn verər, onda da edərik. Kürəkənim ürəyimcədir. Oğlumun 15 illik dostudur. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Onun valideynləri ilə tanışlığımız da var idi. Münasibətləri birdən-birə oldu.
Bəxt və şansdır. Görür, sevir və xoşbəxt ailə olur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır.
Evin tək qızı idim. Bibim deyirdi ki, sən ərə gedəcəksən, mən tək qalacam? Ailə qurdum, anam da bizlə yaşadı.
İndi bütün övladlar valideynlərlə deyil, ayrı yaşamaq istəyirlər. Böyük oğlum ailə qurub, o da bizdən ayrı yaşayır. Böyük qızım da ailəsi ilə ayrı yaşayır. Nicata deyirəm ki, sən balacasan, ailə qurdun mənlə yaşayacaqsan. Qaş-qabaq edir ki, elə mənə qaldı? Mən də ayrı yaşamaq istəyirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər