Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO
7-07-2020, 16:36
Oxunub: 9 314
Xalq artisti Miri Yusif xüsusi açılmış Bakı-İstanbul-Bakı reysindən faydalanaraq, istirahətə yollanıb.
Qafqazinfo xəbər verir ki, o, iyunun sonunda xanımı Nərgiz Mirbabayeva və övladları ilə birgə Türkiyəyə yola düşüb. Sənətçi İstanbuldan İzmirə gedib, istirahət üçün turizm bölgəsi olan Kuşadasına üz tutub.
Onlar tətil zamanı çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Hətta Miri Yusif “Türkiyəyə necə getmisən?” sualına turizm şirkətinin adını “tag” edərək “qısa cavab” verib.
Qeyd edək ki, müxtəlif zəruri səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq məqsədilə iyundan başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi xüsusi reysləri həyata keçirilir.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər