Canlı efirdə əməkdar artisti təcübləndirən təklif
6-04-2023, 13:26
Oxunub: 4 824
Əməkdar artist Mətanət Əhmədovaya efirdə maddi yardım təklifi gəlib.
Bolgə.TV xəbər verir ki, bu haqda Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" ictimai-sosial verilişində məlumat verib.
Zaur proqramda ekspert qismində iştirak edən aktrisaya bir şəxs tərəfindən mütəmadi, hər ay, müəyyən miqdarda pul verəcəyini açıqlayıb:
"Bilirəm ki, çox qürurlu bir xanımsan. Həyatında çox böyük, ağrı-acılar yaşayan bir insansan. Ailəni də tanıyıram və dağıldığını da bilirik. Sən ailəni qorumaqdan ötrü nə mücadilələr etmisən. Bu gün evində birinci tip şəkər xəstəliyindən əziyyət çəkən övladın var. Qardaşının da problemini bilirik. Neçə yerə parçalandığından da xəbərdarıq, kirayədə qalırsan.
Həqiqətən çox çətindir. Və sənin necə qürurlu bir xanım olduğunu da bilirik. Bir ana, bacı, qadın, övlad, məşhur sima olduğunu hər zaman gözünün önündə saxlamısan. İstəyirəm ki, bu gün o qürurunu kənara qoyasan. Sənin və mənim tanıdığım bir insan var.
O insan hər dəfə, hər məqamda, daimi şəkildə sənə hər ay dəstək olmağını bizə təklif edib. Mətanətə hər ay bəlli miqdarda pulu bir qardaş mənim vasitəmlə göndərməyə hazırdır. Bu pulun sənin yükünü azaldacağını bilirəm. Xahiş edirəm ki, qəbul edəsən".
Aktrisa isə aparıcının bu təklifinə "Mən özüm çalışıram" söylərək, rədd cavabını verib.
Bunu eşidən Zaur Mətanəti razı salmaq üçün "O pul sənin özünə çatacaq. Sən o insanı heç yerdə heç zaman görməyəcəksən. Amma həmin şəxs deyib ki, istəsə də-istəməsə də həmin maddi yardımı mən göndərəcəyəm.
Qoy o pul oğlun Hüseyn üçün olsun. Bu pul onun üçün ayrılacaq. Qoy onun adında qalsın və pul toplansın" fikirlərini bildirib.
Aktrisa ona maddi yardım edəcək həmin şəxsə efir vasitəsi ilə təşəkkürünü bildirib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər