Azərbaycanlı cütlüyün baş rollarda çəkildiyi film səs-küyə səbəb olacaq
4-08-2023, 16:23
Oxunub: 4 312
Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı Murad İsmayılla birlikdə "Başabaş" adlı filmdə baş rollarda çəkiliblər.
Bolgə.TV "A Class Production" istehsalçı şirkətin təşkilatçılığı ilə lentə alınan ekran işinin rejissorluğunu Kənan Zeynalov həyata keçirib. Filmin ssenarisi də rejissora aiddir.
Film nədən danışır?
Dəniz, evli olan məşhur iş adamı Pünhan Ağayevin gənc sevgilisi ilə əl-ələ fotolarını öz maqazin səhifəsində yayımlayır. Xəbər şəhərə yayılan kimi Pünhan, Dənizi öz restoranına - görüşə çağırır. Dəniz söhbəti nə qədər yumşaltmağa çalışsa da, bu görüş getdikcə gərginləşir. Əsas hadisələr də bundan sonra cərəyan edir.
"Başabaş" “Metaflix” platformasında nümayiş olunur. Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərəcək “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platformasıdır. Bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edir.
Qeyd edək ki, aktrisa Ülviyyə Xəlilbəyli ilə Murad İsmayıl "Vicdan haqqı" serialında tanış olublar. Onların bu nikahından iki oğulları var. Xatırladaq ki, ötən il cütlüyün boşandığı iddia edilirdi. Cütlük bu xəbərlərlə bağlı danışmağı sevməsə də, daha sonra aktrisa verdiyi müsahibələrin birində aralarındakı problemləri həll etdiklərini bildirmişdi.
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər