Kimya müəllimi işləmək istəyənlər üçün imtahan keçiriləcək
11-08-2011, 16:25
Oxunub: 7 793
Azərbaycanda müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə həyata keçiriləcək və sentyabrın 10-dək başa çatacaq.
Avqustun 12-də Azərbaycanda ümumtəhsil müəssisələrində kimya müəllimi işləmək istəyənlər üçün imtahan keçiriləcək. Bolgexeber-in məlumatına görə, bu barədə cümə axşamı Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, daha sonra tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
Azərbaycanda müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə həyata keçiriləcək və sentyabrın 10-dək başa çatacaq.
İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. İbtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub.
İbtidai sinif müəllimi ixtisası üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, 77 nəfər işə qəbul olunub.
Avqustun 1-dən isə ingilis dili ixtisası üzrə imtahanlara başlanılıb.
Çox Oxunanlar
- 22-03-2025, 16:20 : Tanınmış türkiyəli aktrisa vəfat etdi
Şou-Biznes / Xəbərlər
- 19-03-2025, 18:02 : Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
Siyasət
- 29-03-2025, 17:52 : Tarixdə ikinci dəfə yaşandı
İdman / Xəbərlər
- 20-03-2025, 16:54 : Türkiyəli deputatlar dava saldı
Dünya / Xəbərlər
- 10-03-2025, 15:44 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Təzəkənd kəndində keçirilib
Bölgə / Xəbərlər
- 12-03-2025, 17:24 : Bərdə rayon İcra Hakimiyyəti başçısının İkinci Hacallı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 19-03-2025, 17:07 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 17:55 : ÇL: Bu oyunları hansı kanallar yayımlayacaq?
İdman / Xəbərlər
- 19-03-2025, 17:41 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 10:23 : Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq
Analitika / Xəbərlər