Bərdədə camaata artıq qazpulu yazırlar
20-03-2014, 07:30
Oxunub: 5 910
Bir neçə kəndin ayağına 150 min manatlıq qazpulu borcu yazılıb, Qaz İstismarı İdarəsi isə fırıldaqçılıqla məşğuldur
Ötən günlərdə Bərdə Qaz İstismarı İdarəsinin əhalidən aldadaraq pul yığması barədə məlumat vermişdik. JAM.AZ-a müraciət edən rayon sakinləri bildirmişdilər ki, onlar ay ərzində istifadə etdikləri təbii qazın pulunu tam ödəyiblər. Lakin buna baxmayaraq, ötən ilin sonu üçün onların ayağına külli miqdarda borc yayılıb.
Məsələ ilə bağlı apardığı araşdırma zamanı ortaya olduqca maraqlı məqamlar çıxıb. Məlum olub ki, ötən ilin oktyabr ayına kimi Bərdədə əhalidən qazpulunun yığılmasında heç bir problem olmayıb. Əksinə, abonentlər istifadə etdikləri təbii qazın pulunu tam ödəyiblər. Təbii ki, bunun müqabilində bildirişlərini də alıblar.
Amma ötən ilin oktyabr ayından ilin sonuna kimi borclar fantastik həddə çatıb. Bərdədə artıq hər bir abunəçinin demək olar ki, 30-50 manat borcu yaranıb. Rayon Qaz İstismarı İdarəsində çalışan şəxslərdən biri bununla bağlı JAM.AZ-a danışıb. O bildirib ki, yay aylarında qaz istehlakı az olduğu üçün məbləğ də yüksək olmur. «Bunu bilən nəzarətçilər heç kimin sayğacına baxmadan təxmini olaraq hər ay hər kəsə müəyyən inandırıcı məbləğlər yazıblar. Sakinlər də onlara deyilən borc məbləğini ödəyiblər. Oktyabr ayından isə sayğaclar əsas götürülərək, oradakı rəqəmlərə əsasən məbləğ müəyyənləşdiriblər. Bu da Qaz İstismarı İdarəsinin əhalidən fırıldaq yolu ilə əlavə pul qoparmasına gətirib çıxarıb».
Mənbəmiz deyir ki, hal hazırda Bərdədə elə kəndlər var ki, onların ümumilikdə təbii qaza olan borcları 150 min manat təşkil edir. «Elə Qaz İdarəsinin işçiləri də kimsəyə hədə qorxu gəlmirlər. Yaranmış borca görə evlərə təbii qazın verilişini dayandıracaqlarını da demirlər. Yalnız pulun ödənilməsini tələb edirlər».
Bərdə Qaz İstismarı İdarəsinin işçisi deyir ki, bu məsələdə rayon İcra Hakimiyyəti də maraqlıdır. Onun sözlərinə görə, icra başçısı Vidadi İsayev yerli İcra Nümayəndələrinə qəti şəkildə tapşırıq verib ki, qazpulu borclarını yığıb təhvil versinlər. «Əks təqdirdə, həmin icra nümayəndələrini işdən çıxaracağını deyiblər. Onların bu məsələdə maraqlı olması kifayət qədər şübhəlidir. Mümkündür ki, bu prosesdə icra başçısının hansısa maddi maraqları ola bilər».
Sözügedən şəxs başqa bir maraqlı məqama da toxunub. O bildirib ki, Bərdə şəhərində gecə saat 23:00-dan 06:00-a kimi əhaliyə təbii qazın verilişi dayandırılır. «Burada məqsəd qənaət deyil. Əksinə, Qaz İstismarı İdarəsi rəhbərliyinin xüsusi maraqları nəzərə alınır. Çünki səhər tezdən qaz verilişi başlayan kimi, hər sayğac ilk olaraq 3-5 kubmetrlik hava axınına məruz qalır. Nəticədə, bu hava axını təbii qaz olaraq sayğacda qeydə alınır ki, bu da ayın sonu böyük məbləğdə qazpulu alınması üçün şərait yaradır».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər