Benzinin qiyməti qəfil qalxdı- 93 qəpik
4-04-2014, 21:25
Oxunub: 6 281
Aprelin 4-ü axşam saatlarında Bakıdakı yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzin bahalaşdırılıb
Yanacaqdoldurma məntəqələrində indiyədək litri 80 qəpik olan AI- 95 markalı benzinin 93 qəpiyə satılması müşahidə olunub. Yanacaqdoldurma məntəqələrinin birində əməkdaşımıza bildirilib ki, Aİ-95 benzin bundan sonra olmayacaq. Onun əvəzində satılan benzin isə bahalaşıb. Tezliklə Aİ-92 markalı benzinin də qiymətinin qalxacağını bildiriblər. Qeyd edək ki, Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdir.Maraqlıdır ki, benzinin başalaşması üçün Tarif Şurasının rəsmi qərarı yoxdur.
***
Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
AZPETROL-un yanacaqdoldurma mətəqəsindən bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.
Bu artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.
Qəfil bahalıq sürücülərin etirazına səbəb olub. Sürücülər Avropa standartların keçid adı ilə AI-95 markalı benzinin onlara Premium markası kimi satılmasını, üstəlik bu addımın Tarif Şurasının qərarı olmadan atılmasını hökumətin vətəndaşların cibinə girməsi kimi dəyərləndirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər