SOS! Azərbaycanın 34 rayonunda Mərakeş çəyirtkəsi aşkarlanıb
30-04-2014, 05:05
Oxunub: 5 039
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Kürdəmir, Zərdab, Hacıqabul, Ağsu, Şamaxı və Qobustan rayonlarında monitorinqlər aparıblar. Məqsəd kənd təsərrüfatı bitkiləri üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələrinin yayılma ehtimalını öyrənmək və bu ziyanvericilərə qarşı təxirəsalınmaz tədbirlər görməkdir.
Respublika bitki mühafizəsi mərkəzinin rəisi Camal Quliyevin verdiyi xəbərə görə, Mərakeş çəyirtkələrinə Azərbaycanın 34 rayonunda rast gəlinib Adətən sürü halında hərəkət edən bu ziyanvericilər qarşılarına çıxan hər şeyi - taxılı, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını belə məhv edir.
Respublikanın 14 rayonunda mübarizə tədbirlərinə başlanılıb və bu məqsədlə 7 qərargah yaradılıb. Çəyirtkələrin məhvi üçün kifayət qədər texnika və dərman preparatı ayrılıb.
Ağsu rayonunun Padarqışlaq, Şamaxı və Qobustanın cənub düzən ərazilərində, Kürdəmirin, Hacıqabulun qışlaq ərazilərində monitorinqlər nəticəsində aşkar edilən çəyirtkə sürülərinin məhvi üçün mütəmadi tədbirlər görülür. Bunun nəticəsidir ki, həmin ərazilərdəki taxıl sahələrinə, eləcə də digər kənd təsərrüfatı bitkilərinə zərər dəyməyib.
Fermerlər və torpaq mülkiyyətçiləri Mərakeş çəyirtkələrinə qarşı dövlət tərəfindən aparılan operativ və səmərəli mübarizəyə görə razılıq edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər