“Dərnəgül yolu” bağlandiı
24-10-2011, 12:10
Oxunub: 7 206
Ərazidə fəaliyyət göstərən sahibkarlar isə ziyana düşəcəklərindən narahatdırlar
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, oktyabrın 22-dən Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq.
Xatırladaq ki, xalq arasında “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektində bir neçə aydır təmir-tikinti işləri həyata keçirilməkdədir. Artıq prospektdə “Çermet” körpüsü kimi tanınan uzunluğu 600 metrə çatan körpünün müəyyən hissəsi sökülüb və körpü bir qədər genişləndirilib. Bundan əlavə təmir zamanı Bakının ən böyük prospektlərindən olan, Nəsimi rayonu ərazisindən başlayıb, Əzizbəyov metro stansiyasınadək 9 kilometrlik yol da genişləndiriləcək. “Çermet” körpüsündən başqa yenidənqurma işləri çərçisində prospekt üzərində 4 yeni yolötürücü qovşaq tikiləcək. Prospektin eni 60 metrədək artırılacaq. Bir müddət yolda gediş-gəlişin tam məhdudlaşdırılması isə sözü gedən ərazilərdə yaşayıb işləyən minlərlə sakinin narazılığına səbəb olub. Onlar bir ay müddətində işə və şəhərə neçə gəlib gedəcəklərindən narahatdırlar. Qeyd edək ki, prospektdə nəqliyyatın tam məhdudlaşdırılması adı çəkilən ərazidə fəaliyyət göstərən saysız-hesabsız obyekt sahibləri arasında da ciddi etiraz doğurub. Xatırladaq ki, hazırda “Dərnəgül yolu”nda tikinti materiallarının satışı ilə məşğul olan yüzlərlə mağaza fəaliyyət göstərməkdədir. Bundan əlavə ölkənin ən iri taxta bazarı da bu məkanda yerləşir. Mütəxəssislərin sözlərinə görə yolun bağlanması ərazidə sahibkarlıqla məşğul olan insanın külli məbləğdə ziyana düşməsi ilə nəticələnəcək .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər