Həkim həbs edildi
26-10-2011, 10:35
Oxunub: 7 024
Mahmud İsmayılovu öz maşınında Aydın Hüseynovdan 550 manat pulu rüşvət kimi alarkən tutulub
Respublika Prokurorluğundan yayılan rəsmi məlumata görə Bakı şəhər sakini Aydın Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək həkimin ondan rüşvət tələb etdiyini deyib.
Vətəndaş bildirib ki, Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisenti Mahmud İsmayılov ondan qızının cərrahiyyə əməliyyatı üçün 1000 manat istəyib: “Araşdırma zamanı müəyyən edilib ki, Mahmud İsmayılov Bakı sakini Aidə Hüseynovanın üzərində bu il oktyabrın 7-də cərrahiyə əməliyyatı aparıb. Həkim əvəzində də onun atasından 1000 manat tələb edib.
Prokurorluq işçiləri əməliyyat keçirərək oktyabrın 24-də Mahmud İsmayılovu öz maşınında Aydın Hüseynovdan 550 manat pulu rüşvət kimi alarkən tutulub”.
İndi həkim haqqında Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi aparılır
Bu ittiham sübuta yetirilsə, həkim üç ilədək müddətə həkimlikdən kənarlaşdırıla, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Hələlik həkimin vəkilləri və ya yaxınlarının Respublika Prokurorluğunun bu ittihamları barədə hər hansı reaksiyası məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər