300-dən artıq saxta diplom aşkarlandı
28-10-2011, 13:35
Oxunub: 3 198
Azərbaycan Təhsil Nazirliyi apardığı araşdırmalar nəticəsində 300-dən artıq saxta diplom aşkarlayıb.
Bolgexeber.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazirin sözlərinə görə, araşdırmaların aparılması məqsədilə saxta diplomlar müvafiq orqanlara təqdim edilib.
Misir Mərdanov qeyd edib ki, saxta diplomların aşkarlanması işi davamlı olmalıdır və olacaq.
“Vaxtilə müstəqilliyin ilk illərində ölkədə siyasi hərc-mərclik şəraitində 100-dən çox ali məktəb yarandı. İndi onların sayını minimuma endirə bilmişik. İşbaz adamların yaramaz əməlləri nəticəsində belə işlər baş verib. İndi biz cəmiyyətimizi saxta diplomlarla işləyən adamlardan təmizləməliyik. Ağır da olsa, bu işə başlamışıq və bunu uğurla başa çatdıracağıq. Bunu ölkə ictimaiyyəti bizdən tələb edir”, - nazir bildirib.
Qeyd edək ki, orta məktəblərdə saxta diplomla işə düzələn və lisenziyasız fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən müəllimlərin işdən azad edilməsinə başlanılıb.
Bəzi rayonlarda aparılan araşdırma zamanı belə hallar aşkarlanıb. Bununla əlaqədar Təhsil Nazirliyi belə nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi barədə tapşırıq verib.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes