BolgeXeber.Com » Sosial » “Ləman” bank soyğunçuluqla məşğuldur

“Ləman” bank soyğunçuluqla məşğuldur

11-11-2011, 13:55
Oxunub: 9 764 Ağsuda fəaliyyət göstərən bankın müdiri Ağasən Mürsəlovun isə xüsusi qaydaları və «şapka»ları var

Azərbaycanın əcaib qaydalar hökm sürən sahələrindən biri də bank sektorudur. Əslində, Azərbaycanın bank sektoru elə də qəliz, həm də elmi əsaslandırılmış deyil. Hazırda ölkədə irili-xırdalı 40-a yaxın bank var. Lakin bu bankların hamısında qaydalar demək olar eynidir.

Şərtlər ağır, faizlər yüksək, qaydalar qəddar və bəzən də böyük fırıldaqlar. Azərbaycanda bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 26 faizdən az deyil. Amma bankların qəbul etdiyi ən yüksək əmanət 17 faizi aşmır. Halbuki beynəlxalq standartlara və normalara görə, bankların kreditləri ilə götürdüyü əmanətlər arasında fərq 3-5 faizdən artıq olmamalıdır.

Bütün bunlara baxmayaraq bizim yerli banklarda özbaşnalığın son həddidir. Belə ki, Bolgexeber.com-a ünvanlanan şikayət məktubunda bilirilir ki, Ağsu rayonun da fəaliyyət göstərən “Ləman” bank vətəndaşlara sözün əsl mənasında od qoyur.

Məlumatda deyilir ki, kredit almaq istəyən vətəndaşlardan ilk öncə 10 faiz “şapka” alınır. Əgər bu “şapka” verilməzsə demək vətəndaş “Ləman” bankın kreditoru ola bilməz. İş o yerə catıb ki, bunu artıq normal hal kimi qəbul edənlər də var. Şikayətçının bildrdiyinə görə, kreditorlar buna oz aralarında ad da qoyublar- “Ağasən Mürsəlov haqqı”.

Sözügedən bankda əməliyyat təxminən belə gedir: bankdan biri 5000 manat kredit almaq istəyir və quruma müraciət edir. Ardından bankın bir işçisi araya girərək, onunla sövdələşməyə başlayır. Müştəriyə təklif olunur ki, əgər istədiyi məbləği almaq istəyirsə onun 10 faizini gərək rüşvət olaraq həmin şəxsə versin. Bununla razılaşan müştərinin günlərlə çəkdiyi əziyyətə son qoyulur. Ən çoxu 4 saat ərzində həmin vətəndaş istədiyi məbləği alaraq, bankdan uzaqlaşır.

Bankların daha bir oyunu isə gecikmə ilə bağlıdır. Məsələn, müştəri bir neçə gün üzürlü səbəbdən krediti ödəyə bilməyibsə, onu fantastik cərimə edirlər. Bu cür cərimələrin tətbiqində isə “Ləman” bankı daha qəddardır. Bu bank hər gün gecikmə üçün 1000 dollara 10 dollara cərimə tutur. Yəni, dünyada bunun analoqu hələ yoxdur.