Həftə sonunda qar yağacaq
18-11-2011, 12:35
Oxunub: 6 985
İstirahət günlərində ölkə ərazisində havanın yağıntılı, tutqun keçəcəyi proqnozlaşdırılır.
Dağlıq və dağ ətəyi rayonlarda sulu qar, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan verilən məlumata görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Temperatur gecə 4-6, gündüz 6-8 dərəcə təşkil edəcək.
Noyabrın 20-də paytaxtda dəyişkən, buludlu , əsasən yağmursuz hava müşahidə olunacaq, arabir tutulacaq. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılar proqnozlaşdırılır. Cənub küləyi axşama doğru şimal küləyi ilə əvəzlənəcək. Temperatur gecə 3-7, gündüz 7-11 dərəcə olacaq.
Bölgələrdə noyabrın 19-da bəzi yerlərdə yağıntı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə mülayim qərb küləyi əsəcək. Temperatur Mərkəzi Aranda gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə olacaq. Dağlarda gecə 3-8 şaxta, gündüz 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta gözlənilir.
Noyabrın 20-də dağlıq və dağ ətəyi ərazilərdə qar yağacaq, gecə və axşam yağıntılı hava şəraiti müşahidə olunacaq. Amma gündüz əsasən yağmursuz hava gözlənilir. Mərkəzi Aranda gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.
İstirahət günləri hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər