BolgeXeber.Com » Sosial » Gənc qız dəm qazından boğuldu

Gənc qız dəm qazından boğuldu

22-11-2011, 15:00
Oxunub: 6 420 Bakının Binəqədi rayonunda gənc qız faciəvi şəkildə həyatını itirib.

Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, noyabrın 21-də M.Ə.Rəsulzadə qəsəbə sakini 27 yaşlı Gülər Yusifovanın yaşadığı evdə meyiti tapılıb.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları mərhumun dəm qazından boğulmasını müəyyn ediblər. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.