BolgeXeber.Com » Sosial » İcra Hakimiyyətinin əməkdaşını bıçaqladılar

İcra Hakimiyyətinin əməkdaşını bıçaqladılar

30-11-2011, 11:50
Oxunub: 6 494 Suraxanı Rayon İcra Hakimiyyətin işçisi reanimasiyaya yerləşdirildi

Bakının Nəsimi rayonu Azadlıq prospekti, “Dostluq” kinoteatrının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Bolgexeber.com-un məlumatına görə hadisə zamanı 30 yaşlı Elşən Atakişizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən boğaz nahiyəsindən bıçaq yarası alıb. Hazırda yaralının vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan Elşən Atakişizadə Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Faktla bağlı Nəisim RPİ-də araşdırma başlanılıb.