“Azərişıq” işıq yox, qaranlıq saçdı: ilk qardaca işıqlar söndü
21-02-2015, 19:24
Oxunub: 6 831
Bu gün günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik təsərrüfatında da qəzalara səbəb olub
Az əvvəl aldığımız məlumata görə, Suraxanı və Sabunçu rayonlarının qəsəbələrində elektrik enerjisi kəsilib.
Sakinlərin virtualaz.org saytına bildirdiyi kimi xətlərdə əvvəlcə qısaqapanmalar meydana gəlib, daha sonra elektrik enerjisi tam kəsilib. Belə vəziyyət Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi massivində, Sabunçu rayonunun bir çox qəsəbələrində yaşanır.
Sakinlərin bu yaxınlarda adı dəyişib “Azərişıq” olan və bütün ölkə boyu elektrik enerjisinin satışı səlahiyyətlərini əldə edən keçmiş “Bakıelektrikşəbəkə”yə qəza barədə məlumat vermək üçün göstərdikləri səylər nəticə vermir. Belə ki, “Azərişıq”ın 199 qaynar xətti zəngləri qəbul etmir, texniki xidmətin də telefonlarına zəng etmək mümkün deyil.
Hazırda evlərin böyük əksəriyyətinin istilik sistemi ilə qızdırıldığı nəzərə alınarsa elektrik enerjisinin kəsilməsi bu ərazilərdə sakinlərin donma təhlükəsi ilə üzləşməsi deməkdir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər