Siqaretin qiyməti 2 dəfə artdı
22-02-2015, 10:35
Oxunub: 4 638
Bakının bəzi mağazalarında qiymət artımı müşahidə olunmaqdadır
Mağazalar dollarin məzənnəsinin dəyişməsindən sonra bəzi məhsulların qiymətini qaldırıblar. Artım əsasən tütün məmulatlarının qiymətində daha çox müşahidə edilir.
Mağazaların bəziləri isə siqaret satışını ümumiyyətlə dayandırıb. Bəzi marketlərdə isə 0,8 - 1 manata satılan siqaretlər 2 manat, 2 manat 10 qəpiyə təklif edilir.
Yayılan məlumatlara görə, şəhərin bəzi məişət texnikaları satan mağazaları da qiyməti artırıblar. Artım 30 faiz civarındadır.
İqtisadiyyat və Sənaye Nazirliyindən ans-ə bildirilib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər