BolgeXeber.Com » Sosial » İki bankın filialı FHN-in bölmə komandirinin maaşını əlindən alıb yoxsul günə salıb -ŞİKAYƏT

İki bankın filialı FHN-in bölmə komandirinin maaşını əlindən alıb yoxsul günə salıb -ŞİKAYƏT

26-02-2015, 12:20
Oxunub: 3 752 İki bankın filialı FHN-in bölmə komandirinin maaşını əlindən alıb yoxsul günə salıb -ŞİKAYƏTUcarda Sərvan Hüseynov: «Bank Respublika”nın Göyçay, “Kapital Bank”ın Ucar filialları aldığım 440 manat maaşın hamısını özlərinə götürürlər»

10 ildir Dövlət Yanğından Mühafizə Xidmətində çalışan Ucar rayon, Rəstəcə kənd sakini Sərvan Kərəm oğlu Hüseynov kredit götürdüyü iki bankın əlində aciz qalıb. Bu barədə BOLGEXEBER.COM -a məlumat verən şikayətçi bildirir ki, ata evində yaşayır və oranın darısqal olması səbəbindən genişləndirmək məqsədi ilə «Bank Respublika”nın Göyçay və “Kapital Bankı”n Ucar filiallarından kredit götürüb. Ucar rayon sakini Sərvan Kərəm oğlu Hüseynovun BOLGEXEBER.COM-a göndərdiyi müraciətdə deyilir:
Mən10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm.İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam.Ancaq «Bank Respublika”nın Göyçay filialı ilə “Kapital Bank”ın Ucar filialı mənim aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır.Himayəmdə olan 3 azyaşlı uşağımın həyat və sağlamlıqları ciddi təhlükədədir.Ata evində darısqallıq olduğu görə yeni ev tikdirmək üçün bu banklardan kredit pul götürdüm. İlk növbədə mən elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını Bank alacaq. Ancaq belə olmadı «Bank Respublika”nın Göyçay filialı maaşımın hamısını birbaşa götürdü .Hətda məndən əlavə pulda tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik səni işdən qovsunlar.10 ildir ki, FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işləyirəm. Nizam-intizamı daima gözləmişəm.Mənim əmək haqqımı tamamilə əlimdən alıb ailəmi dilənçi vəziyyətinə salan Respublika və Kapital Bankları indi məni işdən qovma ilə hədələyirlər ki, bu haqsızlıqdır.Bankdan kredit götürmüşəm borcum var bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Ancaq mən Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxın yarsınıda özüm alım ki,ailəm acından ölməsin.Bunlar isə məni işdən qovdurmaqla hədələdilər.Allahı başınızın üstündə görün, bu haqsızlıqdır.Üç azyaşlı körpənin ah-naləsi Sizi tutar .Mən bütün aidiyyatı orqanlardan xahiş edirəm mənə kömək edin ki, halal 440 manat maaşımdan acından ölməyib dolanmaq üçün ailəmədə qalsın. Xahiş edirəm köməklik edin”.
BOLGEXEBER.COM