Həkimlər üçün pis xəbər
7-01-2012, 15:45
Oxunub: 7 871
Milli Məclisin növbəti iclasında Tibbi komissiyanın yaradılması haqqında qanun müzakirəyə çıxarılacaq.
Bolgexeber.com məlumatına görə, qanun xəstə ilə həkim arasındakı münasibətin tənzimlənməsinə xidmət edəcək və beləliklə də pasientlərin hüquqlarının qorunması ilə bağlı məsələ öz həllini tapmış olacaq. Bununla da əgər həkim, pasientin müalicəsi zamanı səhv diaqnoz qoyubsa, müdaxilə və əməliyyatı düzgün aparmayıbsa bu xəstənin şikayətinə əsasən araşdırılacaq. İddia özünü doğruldarsa həmin həkim cəzalandırılacaq. Bu yolla da istər təcrübəli, istərsə də yeni həkim adı qazananlar arasında məsuliyyət bir az da artırılacaq.
Hələlik cəza tədbirləri barədə konkret ölçü götürülməsi haqqında məsələ dəqiqləşdirilməyib. Qanun həm də həkimlərin də hüquqlarının da təminini nəzərdə tutur. Komissiyanın üzvləri arasında tibb mütəxəssisləri, hüquqşünaslarla yanaşı ictimaiyyəti təmsil edən şəxslər eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələri də olacaq.
Qeyd edək ki, bu günədək Azərbaycanda həkim səhvi adlı anlayış hüququ qiymət almadığına görə, pasientlərin bir qisim həkim arasındakı anlaşılmazlıqlar öz həllini tapa bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər