Həmyerlimiz Türkiyədə zorakılıq qurbanı oldu
9-03-2012, 04:40
Oxunub: 6 226
Əri ilə yola getmədiyi üçün atası evinə qayıtmaq istəyən azərbaycanlı gəlin güllələnərək öldürülüb
Türkiyədə ərdə olan azərbaycanlı qadının vətəninə qayıtmaq istəməsi ona həyatı bahasına başa gəlib. Hadisə ötən gecə İstanbul Pendik rayonunun Kurtköy məhəlləsində ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, ailə həyatında problemlər yaşayan 40 yaşlı Diyar Bengitay 3 övladını ərinin yanında qoyaraq Azərbaycana qayıtmaq istəyib. Bu məqsədlə evdən qaçan qadın məhəllədəki tibb mərkəzinə gedərək gecələmək üçün mərkəz əməkdaşından izn istəyib.
Bir müddət sonra Diyar Bengitayın ərinin qohumu tibb mərkəzinə gələrək qəbul otağıdakı stullarda gecələməyə çalışan qadını 4 yerindən güllələyib. Həkimlərin dərhal müdaxiləsinə baxmayaraq Diyar Bengitayın həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən Öner Bengitayın cibindən isə onun psixi vəziyyətinin 70 faiz normal olmaması barədə arayış çıxıb.
Qeyd edək ki, Öner Bengitay polisə verdiyi ifadədə qadının ona böhtan atdığını iddia edib. Polis isə qatilin cinayətə sövq edilib-edilməməsini araşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər