679 saxta diplom
15-03-2012, 17:30
Oxunub: 5 951
Təhsil Nazirliyi azərbaycanlı gənclərin diplomlarının tanınmadığı ölkələrin adlarını açıqlayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlərin tanınması ilə bağlı 01.01.2004-cü il tarixdən Təhsil Nazirliyinə 5718 müraciət daxil olub. Müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib.
Son altı il ərzində təqdim edilmiş sənədlər arasında 679 qeyri-qanuni fakt aşkarlanıb və onlarla bağlı Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub. Sektorun iş fəaliyyəti nəticəsində nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Vətəndaşlar tərəfindən saxta diplomlar Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Qazaxıstan və Özbəkistanda əldə edilməsi aşkarlanıb. Məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil almış, savadsız və ixtisası haqqında məlumatı olmayan insanlar da var.
Həmçinin, mənfi cavab alanlar respublika ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filiallar) məzunlarıdır. Onların fəaliyyəti
Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinin qərarlarına əsasən dayandırılıb.
Mənfi cavab alanların 341 nəfəri Rusiya, 309 nəfəri Gürcüstan, 9 nəfəri Ukrayna, 9 nəfəri ABŞ, 3 nəfəri Qazaxıstan, 2 nəfəri Böyük Britaniya, 2 nəfəri İsveçrə, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Özbəkistan, 1 nəfəri Almaniya, 1 nəfəri Suriya ali məktəblərinin məzunudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər