Texnikabankdan mətbuat üçün açıqlama
15-03-2012, 17:50
Oxunub: 6 069
Açıqlama bankın il ərzində göstərdiyi xidmətlərdən bəhs edir
“2012-ci il fevral ayının yekunlarına görə Texnikabank ASC-nin maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə artmış, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uğurlu nəticələr əldə edilmişdir. Bankın aktivləri ötən ilin analoji dövri ilə müqayisədə 23,6% artaraq 641,7 mln. manat olmuşdur.
Eyni zamanda bank uğurlu kredit siyasətini davam etdirmiş və kredit portfelini 20,8% artıraraq 456,9 mln. manata çatdırmışdır”. Bolgexeber.com-un məlumatına görə, bu barədə Texnikabank ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. Məlumatda daha sonra bildirilir ki, əmanətlərin artım tendensiyasına müvafiq olaraq 2012-ci ilin ilk iki ayı ərzində də dinamik inkişaf müşahidə olunmuşdur. Beləki, depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% artaraq 247,6 mln. manatdan 327,4 mln. manata çatmışdır.
2012-ci ilin bank üçün ən əhəmiyyətli nəticələrindən biri də bankın məcmu kapitalının hesabat dövrünün sonuna 50,42% artımı olmuş və bankın məcmu kapitalı 99,8 mln. manata çatdırılmışdır. Nizamnamə kapitalında isə 20,6% artım müşahidə olunmuş və 64,8 mln. manat həddində olmuşdur.
Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankin emissiya edilmiş plastik kartlarının sayı 34,5% artaraq 66 673 ədəd, bankomatlarının sayı 71 % artaraq 106 ədəd təşkil etmiş, POS-terminalların sayı isə 32 dəfə artmış və nəticədə ötən il 602 ədəd olduğu halda, hesabat dövrünün sonuna bu göstərici 3364 ədədə çatdırılmışdır.
Xatırladaq ki, əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşmış Texnikabank ASC 1993-cü ildə təsis olunmuş və hal-hazırda ölkənin bank sektorunda sistem əhəmiyyətli banka çevrilmişdir. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial, 17 şöbəsi və ölkə hüdudlarından kənarda, Türkiyənin İstanbul şəhərində nümayəndəliyi istifadəyə verilmişdir. Hal-hazırda Texnikabank özünün 770 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər