BolgeXeber.Com » Sosial » Abşeronda baş verən qəzada 6 nəfər yaralandı

Abşeronda baş verən qəzada 6 nəfər yaralandı

16-03-2012, 11:40
Oxunub: 5 400 Martın 15-də Abşeron rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, rayon ərazisində “VAZ 2107” və “VAZ 2106” markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Abşeron RPŞ-də araşdırmalar başlanılıb.