BolgeXeber.Com » Sosial » Bakı bulvarında gənc qız intihar etdi

Bakı bulvarında gənc qız intihar etdi

28-03-2012, 11:25
Oxunub: 5 876 Bakıda Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında dənizdən gənc qız meyidi tapılıb.

Dənizkənarı Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin rəisi Müqabil Baxışovun anspress-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

İdarənin təhlükəsizlik xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sudan 16-19 yaşlarında gənc qızın meyidini çıxarıblar. İlkin araşdırmalar zamanı qızın axşam saatlarında intihar etdiyi müəyyənləşib. Hələlik hadisə yerində hüquq-mühafizə və prokurorluq orqanlarının əməkdaşları çalışır.

Faktla bağlı araşdırma aparılır.