Tələbələr universitet rəhbərliyinə qarşı
29-03-2012, 17:15
Oxunub: 6 695
Martın 29-da İqtisad Universitetində tələbələr kollokviumu (imtahanqabağı tələbələrin biliyinin öyrəniləməsi prosesi) boykot ediblər.
100-dən artıq tələbə tətbiq edilən yeni sistemə etiraz edib. Bu barədə AzadlıqRadiosuna etirazçı tələbələr məlumat veriblər. «Boloniya sisteminə görə hər ay biz imtahanqabağı 7 fənnin hərəsindən 5 sual olmaqla 35 suala 3 saat ərzində cavab verməliyik. Bu da fiziki cəhətdən mümkün olmayan bir işdir. Bu tələbələrin hüquqlarının kobud pozulmasıdır. Ona görə də tələbələr hamısı buna etiraz elədi. Biz istəyirik ki, tələbələrə normal şərait yaradılsın. Tələbələri qul kimi işlətmək lazım deyil. Biz buna qarşıyıq».
Tələbələrin dediyinə görə, prorektor Damət Bağırov əvvəlcə tələbələrə təzyiq edib ki, onlar imtahana girsinlər. «Bu nəticə vermədi, daha sonra bizi dilə tutdular. Bir neçə tələbə imtahana girdi. Əksəriyyət isə imtina etdi».
Universitetdən aldığımız məlumata görə, yeni sistemi boykot edən daha 100-dən artıq tələbə universitetin içərisinə daxil olmaqdan imtina edib. İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəfər Bayramov tələbələrin narazılığını təsdiqləsə də, problemin artıq yoluna qoyulduğunu deyib. «Bütün fakültələr üzrə kollokvium bir günə düşmüşdü deyə belə bir vəziyyət yaranmışdı. İndi hər şey qaydasındadır, heç bir problem yoxdur».
Hazırda bir qrup tələbə hələ də boykotu davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər