BolgeXeber.Com » Sosial » Bakı İstintaq Təcridxanasında müəmmalı ölüm

Bakı İstintaq Təcridxanasında müəmmalı ölüm

31-03-2012, 12:55
Oxunub: 5 847 Martın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Sabunçu rayonu ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından Bolgexeber.com-a verilən məlumata görə, təcridxananın 38-ci kamerasında saxlanılan 1960-cı il təvəllüdlü Əliyev Sadiq Hacı oğlunun meyiti tapılıb.

Məlumata görə, 52 yaşlı S.Əliyev Bərdə rayonu sakinidir və Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə bir neçə gün əvvəl saxlanılıb.

Ölüm faktı ilə əlaqədar araşdırmalar başlanılıb.