BolgeXeber.Com » Sosial » Hərbi xidmətə çağırışda yeniliklərin tətbiqinə başlanıb

Hərbi xidmətə çağırışda yeniliklərin tətbiqinə başlanıb

2-04-2012, 13:00
Oxunub: 5 904 Vətəndaşların həqiqi hərbi xidmətə çağırışında bir sıra yeniliklərin tətbiqinə başlanıb

Bolgexeber.com-un məlumatına görə, əvvəlki çağırışdan fərqli olaraq bu dəfə çağırışçıların və onların ailələrinin məlumatlandırılması sahəsində bir sıra işlər görülüb. Belə ki, çağırış başlamazdan 10 gün əvvəldən çağırışçılara hansı hərbi hissələrə və qoşun birləşmələrinə göndəriləcəkləri barədə məlumatlar verilib. Əvvəlki çağırışlar zamanı valideynlər övladlarının hansı hərbi hissəyə göndərilməsi barədə məlumatı onlar hərbi xidmətə göndərildikdən sonra, Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat və səfərbərlik İdarəsində yaradılmış «qaynar xətt»ə zəng edərək öyrənə bilirdilər.

Bundan başqa, çağırışçıların hərbi hissələrə yola salınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonlardakı bölmələri nəqliyyat vasitələri ayırıb.

Qeyd edək ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırışı aprelin 1-də başlanıb və aprelin 30-dək davam edəcək.