Bakıda sakinlərini qorxu içərisində saxlayan ağac
16-04-2012, 12:20
Oxunub: 6 112
Problemin həllini isə aidiyyəti qurumlar bir-birinin üstünə atır.
Bakının Nizami rayonu ərazisində irigövdəli ağac sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Sakinlərin Bolgexeber.com-a verdiyi məlumata görə, Qara Qarayev prospekti, 80A ünvanında kökündən əyilmiş iri ağac aşmaq üzrədir. Küləkli havalarda ağacın aşma təhlükəsi daha da artır. Sakinlər ağacın yaxınlığında gəzməyə qorxurlar.
Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirildi ki, sakinlərin həmin ağacı kəsmək səlahiyyəti yoxdur. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza idarəsi rəy verməlidir. Sakinlər bunun üçün həmin idarəyə məktub ünvanlamalı, yalnız ekspertiza idarəsi mütəxəssislərinin verdiyi rəy əsasında təhlükəli ağac kəsilməlidir.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, ağacın kəsilməsi və ya budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekspertiza İdarəsinin rəyi olmalıdır. Təyin olunacaq rəydən asılı olaraq addım atmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsindən bildirildi ki, sakinlər məsələ ilə bağlı qurumun 539-67-87 nömrəli “qaynar xətt”inə zəng edib məlumat versinlər. Bundan sonra lazımi tədbirlər görüləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər