Azərbaycanda 2,5 milyon nəfərin ən azı 1 banka kredit borcu var
10-03-2016, 15:36
Oxunub: 5 176
Azərbaycanda 2012-ci ildə 1 milyon 540 min borcalan, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2015-ci ilin yekunlarına görə isə 2 milyon 545 min 724 nəfər borcalan qeydə alınıb
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2016-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 550 min 916 nəfər borcalan (kredit borcu olanlar) qeydə alınıb. Bu isə ötən ilin yekunları ilə müqayisədə 5 192 nəfər və ya 0,2% çoxdur.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir.
Cari ilin fevralın 1-nə xidmətin bazasında 11 milyona yaxın kredit haqqında informasiyalar saxlanılır. AMB-nin məlumatına görə, yanvar ayının yekunlarına görə, xidmətə daxil olan sorğuların sayı 164 026- dan 87 092-ə düşüb. Sorğuların 73,87%-i banklar tərəfindən edilib.
Bundan başqa, Azərbaycanda 2012-ci ildə 1 milyon 540 min borcalan, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2015-ci ilin yekunlarına görə isə 2 milyon 545 min 724 nəfər borcalan qeydə alınıb.
Qeyd edək ki, yanvar ayının yekunlarına görə, zamin şəxslərin sayı cüzi də olsa, 1 milyon 216 min 029-dan 1 milyon 216 min 580-dək artıb.
Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər