Bakıda ən çox maaşı bu sahədə çalışan şəxslər alır – 2500 manat
16-03-2016, 14:45
Oxunub: 5 328
Paytaxtda 12 min işsiz var
Bakıda ən yüksək orta aylıq maaş mədənçıxarma sənayesindədir və ötən ilin yekunlarına görə bu rəqəm 2 min 540 manat təşkil edib.
Bu barədə Oxu.Az-a Bakı şəhəri Statistika İdarəsindən bildiriblər.
Məlumata görə, paytaxtda ən aşağı maaş isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsindədir və 240 manat təşkil edir.
Ümumilikdə ötən ilin yekunları üzrə paytaxtda 39 min 365 yeni iş yeri açılıb, bunlardan 36 min 765-i daimi olub.
2015-ci ildə Bakıda rəsmi qeydə alınmış işsizlərin sayı isə 12 min 113 nəfərə çatıb.
Paytaxtda 684 min işçinin 114 mini topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 92 min nəfəri təhsil, 62 min nəfəri isə tikinti sahəsində çalışıb, qalanları digər sahələr üzrə bölünür.
Ən yüksək orta aylıq maaşın olduğu mədənçıxarma sənayesində isə 27 min 111 nəfər paytaxt sakini işləyir.
Aylıq orta maaşın 240 manat olduğu əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların sayı 54 min nəfərə yaxındır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər