“Firuzə” şadlıq sarayının əmlakı siyahıya alındı
29-06-2012, 16:25
Oxunub: 5 590
Onun 8 min 909,54 manat vergi borcunun yarandığı müəyyən edilib
İyun ayının 27-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Quliyev Faiq Süleyman oğluna məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəbov küçəsi, ev 24 ünvanda yerləşən “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması tədbirləri həyata keçirilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, F.Quliyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən 2012-ci ilin aprel ayı üzrə 8 min 909,54 manat vergi borcunun yarandığı müəyyən edilib, qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə baxmayaraq vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ödənilməyib.
İyun ayının 20-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi F.Quliyevə məxsus “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi ödəyicisi əmlakın siyahıya alınması zamanı borcun bir hissəsini, yəni 4 min 500 manatını yerindəcə ödəyib, qalan 6 min 450 manat məbləğ isə ödənilmədiyindən, şadlıq evinə məxsus müxtəlif növ texniki avadanlıqlar və mebel müvafiq qaydada siyahıya alınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər