“Akkord” əməkdaşlarına ölkə başçısının mükafatları təqdim edilib - Foto
6-07-2012, 12:35
Oxunub: 6 174



İyulun 3-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkə Prezidenti İlham Əliyev cənablarının 2012-ci il aprel ayının 10-da “İnşaatçılar Günü” münasibətilə imzaladığı Sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbulu keçirilib.
Tədbirdə respublikamızın inşaat-tikinti sektorunun liderlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri - İsmayılov Aslan Çopur oğlu və Orucov Rəhman Əli oğlu da iştirak ediblər. Prezident Sərəncamına uyğun olaraq Korporasiyanın İnfrastruktur Tikintisi Departamentinin körpü-tunel tikintisi üzrə direktoru Aslan İsmayılova “Əməkdar mühəndis” fəxri adının medalı və vəsiqəsi, həmin departamentin Texniki Şöbəsinin rəisi Rəhman Orucova isə, “Tərəqqi” medalı və vəsiqəsi təqdim edilib.
“Akkord”un İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyevanın “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 4-də Korporasiyasının rəhbər və işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən korporativ tədbirdə öz həmkarlarını təbrik edib və onlara xatirə hədiyyələri təqdim ediblər. Mükafata layiq görülmüş əməkdaşların icra etdikləri layihələrdən biri Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər