BolgeXeber.Com » Sosial » Bakıda bir ev bir neçə nəfərə satılıb: 50 nəfər şikayətçidir - VİDEO

Bakıda bir ev bir neçə nəfərə satılıb: 50 nəfər şikayətçidir - VİDEO

3-08-2016, 09:48
Oxunub: 3 422 Bakıda bir ev bir neçə nəfərə satılıb: 50 nəfər şikayətçidir - VİDEO50-yə yaxın vətəndaş onlara satılan evlərin daha bir neçə nəfərə satıldığını iddia edir

Söhbət Paytaxtın Binəqədi rayonu Atatürk prospekti 3078 a məhhələsində salınan 18 mərtəbəli yaşayış binasından gedir. Sakinlər deyir ki, bir neçə il əvvəl bu binadan mənzil alıblar. Ancaq evə köçmək məsələsi gələndə mənzilin bır neçə nəfərə satıldığı ortaya çıxıb.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, zərərçəkmişlərin sözlərinə görə, mənzillərin onlara məxsus olduğunu sübut edən bütün sənədləri qaydasındadır. Bu məqsələdə Korupsiyaya qarşı mübarizə idarəsinə və digər müvafiq orqanlara şikayyət ediblər.

Hətta bunnula bağlı cinayyət işi də başlanıb. Binanı tikən şirkətin rəhbərliyi ilə görüşən sakinlər onlara Xırdalan şəhərində tikilən yeni yaşayış binasından mənzillər təklif olunduğunu ancaq, həmin evlərə köçmək istəmədiklərini bildiriblər. Sakinlər tezliklə məsələnin obyektiv həllini gözləyirlər.

Problemlə bağlı üz tutduq yaşayış binasını tikən ''Xudafərin'' MMC-nin Nobel prospketində yerləşən ofisinə. İçəri daxil olduqda çəkiliş qurupumuzu görən MMC-nin rəhbərliyi qapını bağlı saxlamağa üsdünlük verdi.