BolgeXeber.Com » Sosial » Diskriminasiya işgəncələri mövzusunda forum keçirildi

Diskriminasiya işgəncələri mövzusunda forum keçirildi

1-08-2012, 00:55
Oxunub: 5 294 Nüşabə Məmmədova: «Məqsəd əhalinin pis rəftardan qorunmas;nda ictimai təşkilatlarin rolunun artırılmasıdır»

Dünən «Kamfort İnn» otelində Avropa Komisiyasının dəstəyi və Tomris Analar Cəmiyyətinin təşkilatçılığı ilə «Diskriminasiya İşgəncələri və Pis Rəftarın Qarşısını Almaq və Mübarizə Aparmaq Naminə Vətəndaş Cəmiyyətinin Potensialının Gücləndirilməsi» mövzusunda forum keçirildi. Forumda çıxış edən cəmiyyətin rəhbəri, yazıçı-publisist Nüşabə Məmmədova bildirdi ki, bu layihəni həyata keçirməkdə məqsəd əhalinin diskriminasiya işgəncələri və pis rəftardan qorunma məqsədi ilə ictimai təşkilatların rolunun gücləndirilməsidir: «Spesifik məqsədlər dedikdə isə, anti-diskriminasiya və insan haqları qanunvericiliyinin diskriminasiya işgəncələri və pis rəftarın qarşısının alınmasında tədbiqi məsələlərində ictimai təşkilatların və digər aktivistlərin rolunu gücləndirməkdən ibarətdir».
Cəmiyyət sədri qeyd etdi ki, ictimai təşkilatlar arasında forum təşkil etməklə diskriminasiya işgəncələri və pis rəftarla mübarizədə dialoq və vəkillik institutlarının yaradılmasına töhvə vermək lazımdır: «Eyni zamanda Azərbaycanda diskriminasiya və işgəncələrlə pis rəftarın arasında olan bağın başa düşülməsi məqsədilə ictimai birliklər və digər institutlar arasında maarifləndirmə gücləndiriləcək».