Bu gün ali və orta ixtisas məktəblərinə II qrup üzrə imtahan keçirilir
3-08-2012, 11:10
Oxunub: 5 404
Şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi olmayan abituriyentlər imtahana buraxılmayacaq
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-ci tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə 2-ci ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. İmtahan Respublikanın 6 şəhərində-Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Lənkəranda keçiriləcək.
Bütün binalarda eyni vaxtda-saat 11-də başlayacaq imtahan 3 saat davam edəcək. TQDK mətbuat xidmətindən verilən məlumata görə 1723 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunub.
Ümumilikdə bu il 2-ci ixtisas qrupu üzrə 22 min 867 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 20 min 177 nəfəri Azərbaycan bölməsinin, 2 min 690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14 611 nəfərini oğlanlar, 8 256 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyentin 57, ən gəncinin isə 15 yaşı var. Abituriyentlər imtahana yalnız 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni. Əks halda abituriyentlər imtahana buraxılmayacaqlar.
Qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə Komissiyanın saytında yerləşdiriləcək. Bütün qruplar üzrə ixtisas seçimi isə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər