Tikinti şirkətlərinə xəbərdarlıq olundu
13-08-2012, 21:35
Oxunub: 6 052
Azərbaycanda isti hava şəraiti ilə əlaqədar asfalt salınması, yol çəkilməsi və üstü açıq tikintilərdə nəzarət gücləndirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.Onun sözlərinə görə, tikinti işlərində saat 12:00-dan 16:00-dək fasilələr verilməlidir: «Biz həmişə bu barədə əvvəlcədən xəbərdarlıq edirik. Bölgə müfəttişlərinə tapşırıq veririk ki, harada açıq havada iş gedirsə orada nəzarəti gücləndirsinlər.
Asfalt salınan yerlərdə belə havada hökmən işə fasilələr verilməlidir. Çünki asfaltın istisi və günün hərarəti altında belə işləri görmək olmaz. İnşaat işlərini isə kölgədə, üstü örtük yerlərdə davam etdirmək olar. Biz əsasən açıq havada, günəş şüalarının birbaşa təsiri altında tikinti aparılan yerlərdə işləri güclü nəzarətə götürmüşük».
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, tikintidə havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu isti və açıq şəraitdə işçilərin işləməsi qadağandır. Belə şəraitdə işə ya fasilə verilməli, ya da tamamilə dayandırılmalıdır.
APA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər