“Xan”-ın bazarında azərbaycanlıların qanını tökdülər - FOTO
22-08-2012, 23:00
Oxunub: 5 757
Rusiyanın Stavropol şəhərinin “Yujnıy” bazarında naməlum şəxslərin ətrafdakı satıcılara atəş açması nəticəsində azı 10 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, zərərçəkənlər əsasən bazarda xırda ticarətlə məşğul olan Azərbaycan, Ermənistan və Tacikistan vətəndaşlarıdır.İlkin məlumata görə, bazarda iğtişaş törədənlər yerli “Ağ ayılar” bandasının üzvləri olublar.
Stavropoldakı Azərbaycan Milli Mədəni Muxtariyyatının üzvü Sakit Alıyevin Lent.az-a bildirdiyinə görə, bu bazarda artıq neçənci dəfədir ki, atışma olur. Diaspor rəsmisinin dediyinə görə, vaxtı ilə adıgedən bazarın sahibi “Xan” ləqəbli kriminal avtoritet Vladimir Seleznyov olub. “Xan” bir müddət əvvəl öldürülüb.
“Burda millətlərarası münaqişədən söhbət gedə bilməz. Sadəcə iki cinayətkar qruplaşmanın ticarət nöqtələri uğrunda mübarizədir” - deyə, o, qeyd edib. Alıyevin dediyinə görə, yaralananlardan 2 nəfəri azərbaycanlıdır və onlar artıq xəstəxanadan evə buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər