BolgeXeber.Com » Sosial » Azərbaycanli gənclər Xristian Gənclər Assosasiyasına etiraz etdi

Azərbaycanli gənclər Xristian Gənclər Assosasiyasına etiraz etdi

30-08-2012, 12:55
Oxunub: 5 747 Həmin təşkilatın nümayəndələrinin Qarabağa səfəri tənqidə tuş gəldi

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmiş Xristian Gənclər Assosiasiyasının (YWCA ) üzvlərinə etiraz ünvanlayıb.
Müraciətdə deyilir: “ Hörmətli həmkarlar və Assosasiya üzvləri. Bu günlərdə sizin qurumun bir qrup üzvünün Azərbaycanın işğal altında olan ərazilərinə - Yuxarı Dağlıq Qarabağa səfəri tərəfimizdən böyük kədərlə qarşılandı.

Məlumat üçün bildirmək istərdik ki, sizlərin səfər etdiyiniz ərazilər erməni işğalçıları tərəfindən 1991-1993-cü illər ərzində işğal edilərək, etnik təmizlənmə aparılmış, bunun nəticəsində Azərbaycanın 1 milyondan artıq əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum olmuş, uşaqlar şikəst və valideyinsiz qalıb”.

Bəyanatda vurğulanır ki, bu günə kimi Ermənistana qarşı BMT- nin 4 qətnaməsi, Avropa Birliyinin, Avropa Şurası Parlament Assambleyasının, Almaniya, İtaliya və s Avropa parlamentləri tərəfindən bu işğalçılıq siyasətinə son qoyulması və Azərbaycan ərazilərinin tezliklə boşaldılması ilə bağlı qətnamələr qəbul edilib: “Sizin qrumun üzvlərinin Dağlıq Qarabağın işğal ərazilərinə səfəri beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, 1 milyondan artıq insanın hüquqlarını kobud şəkildə pozması və bu işğalı dəstəkləməsi anlamına gəlir”.
Birlik həmçinin bəyanat vasitəsilə Azərbaycan gənclər təşkilatlarına da müraciət edib: “Biz Demokratik islahatçı Gənclər İctimai Birliyi olaraq, Təşkilatınızın üzvlərinin bu addımına etiraz olaraq, Azərbaycan gənclər təşkilatlarını bu qurumla hər hansı bir şəkildə əməkdaşlığını sonlandırmağa çağırırıq”.