BolgeXeber.Com » Sosial » ŞOK ! Sabirabadda öldürülən şəxs biznesmenin qardaşı imiş

ŞOK ! Sabirabadda öldürülən şəxs biznesmenin qardaşı imiş

31-08-2012, 14:20
Oxunub: 7 381
Sabirabadda biznesmenin qardaşı öldürüldü

Avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunda 2 nəfərin qətli ilə nəticələnmiş silahlı insidentin təfərrüatları məlum olub.Bolgexeber.com-un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, avqustun 31-i Sabirabad rayonunun Xankeçən kəndində toy mərəsimi təşkil olunub. Toy mərasimi zamanı kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə yaranıb. Toy bitdikdən sonra bu münaqişə davam etməyə başlayıb. Mübahisənin böyüdüyünü görən, kənd sakinləri rayon polis şöbəsinə məlumat veriblər. Polis şöbəsi Qaragünə polis bölməsinə baş verən hadisə ilə maraqlanıb, neqativ halın aradan qaldırılması üçün lazımi tədbir görülməsi göstərişini verib. Hadisə yerinə yollanan mərhum sahə müvəkkili, baş leytenant Eldəniz Quliyev yaranmış mübahisəni sakitləşdirmək üçün Gülhüseyn Abıyevə bildirib ki, sizin qonşu arasında etdiyiniz xoşagəlməz hərəkətlər heç də düzgün deyil. Gülhüseyn Abıyev sahə müvəkkilinin işlətdiyi sözlərdən narazı qalaraq, əlindəki ov tüfəngi ilə həm sahə müvəkkilini, həm də mübahisə etdiyi Azad Zeynalovu ataş açaraq öldürüb. Açılan silah atəşi nəticəsində yerə uzanan hər iki şəxsi qanlar içində görən, qatil hadisə yerindən qaçıb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Onu da qeyd edək ki, hadisə nəticəsində öldürülən Azad Zeynalov biznesmen Faiq Zeynalovun qardaşıdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Peyman SADIQOV