BolgeXeber.Com » Sosial » Rəis müavininin qardaşı 170 manata görə qadını vəhşicəsinə döydü

Rəis müavininin qardaşı 170 manata görə qadını vəhşicəsinə döydü

31-08-2012, 18:25
Oxunub: 6 279
Qadın içində mobil telefon və 170 manat pul olan çantasını əlindən buraxmaq isətəməyəndə cinayətkarlar onu yolda 10 metrdən artıq sürüyüb. Bədən xəsarətləri alan qadın polisə müraciət edib. Dərhal əməliyyata başlayan polis cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Emil Hacıyev və 23 yaşlı Tural Səfərzadəni həbs edib. Saxlanılan şəxslər ilkin ifadələrində qadını üzərində xeyli qızıl əşyaları olduğundan zəngin zənn etdiklərini və buna görə də soyduqlarını deyiblər. Qeyd edək ki, cinayətdə şübhəli bilinən T.Səfərzadə isə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin rəis müavini Zəka Səfərovun qardaşıdır. Nizami polisindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində yaşayan 40 yaşlı Səbinə Miryaqubovaya qarşı baş verib. Hazırda məlumata görə, rəis müavinin qardaşı azadlıqdadır.