Kəmaləddin Heydərovdan qeyri-adi qadağa
2-09-2012, 18:25
Oxunub: 5 726

“Fövqəlnazir” ölkədə “Qafqaz” adını “özəlləşdirib”
“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov obyekt və müəssisə sahiblərinə təzə qadağa qoyub. O ”Qafqaz" adının obyektlərə verilməsini qadağan edib. Heç bir sahibkar da buna etiraz edə bilməz. Çünki “Qafqaz” brendindən istifadə hüququnu yalnız FHN rəhbəri qazanıb. O bu yaxınlarda Zaqatalada “Qafqaz” otelinin də adını dəyişdirib.
Otel sahibi məcbur olaraq “Qafqaz”ı “Qrata” edib. Bu qadağa ölkədəki bütün sahibkarlara şamil olunub. Ona görə də heç kim obyektinə “Qafqaz” adı qoya bilmir. Yalnız nazirin tabeliyində olan otellər şəbəkəsi “Qafqaz” brendindən istifadə edir".
Bu məlumatı Zaqatalada olarkən mötəbər mənbədən əldə etdik. Qaynağımız Zaqatalada “Qafqaz” otelinin adının necə dəyişdirilməsini nəql etdi: “Kəmaləddin Heydərov bu günlərdə Zaqatalaya gəlmişdi. O zəlzələ bölgəsinə baş çəkib geri qayıdarkən şəhərin mərkəzindəki ”Qafqaz" otelini görüb. Nazir otelin kimə məxsus olduğunu öyrənib və bu onun qəzəbinə səbəb olub".
Mənbəmiz otelin əslən zaqatalalı sahibkara məxsus olduğunu vurğuladı: “Otelin sahibi məcbur edilib ki, yeni ad fikirləşsin. O da çox çəkmədən otelə ”Qrata" adını verib. Bu gün Zaqatalaya getsəniz, bunun canlı şahidi ola bilərsiniz. Nazir ətrafındakılara bir daha xəbərdarlıq edib. O “Qafqaz” adına ona aid obyektlərin sahiblərinin yiyələnə biləcəyini söyləyib".
Ölkədə bütün yeraltı və yerüstü sərvətlərə sahiblənən hakimiyyət mənsubları üstəlik obyekt sahiblərinə ad seçimində də məhdudiyyət tətbiq edirlər. Qanunvericilikdə belə bir qadağa ilə bağlı müddəa olmasa da, oliqarxlar öz sanksiyalarını “qanuniləşdirə” bilirlər. Mənbənin sözlərin görə, sözügedən otelin sahibinə təzyiq olunub. Ona deyilib ki, otelin adını dəyişdirməyəcəyi təqdirdə obyekt əlindən alınacaq. Ona görə də iqtisadi sanksiya ilə üzləşmək istəməyən sahibkar “Qafqaz”ı “Qrata” ilə əvəzləyib.
Bir nüansı yada salaq ki, bu “fövqəlnazir”in ilk belə addımı deyil. Bundan öncə də Azərbaycanda “Gilan” adı qeyri-rəsmi yasaqlanıb. Ötən ilin yanvarında Qaraçuxur qəsəbəsindəki “Gilan” şadlıq sarayına basqın olmuş və seyfdən külli-miqdarda vəsait aparılmışdı. Restoranın sahibi Hacı Vaqif Əsgərov “Yeni Müsavat”a açıqlamasında “Gilan Holdinq”lə heç bir əlaqələrinin olmadığını söyləmişdi: “ Mən bu restoranı "Gilan Holdinq" yaranmamışdan dörd il qabaq açmışam. Səhvim onda olub ki, o vaxt mən “Gilan” markasını özəlləşdirməmişəm. İndi məcburam buranın adını dəyişim. Çünki istəmərəm ki, hər xırda problemi “Gilan Holdinq” kimi böyük bir şirkətin ayağına yazsınlar". Belə də olmuşdu. Restoranın adı dəyişirilmişdi...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər