BolgeXeber.Com » Sosial » “20 Yanvar” metrosunda bomba həyacanı yaşandı

“20 Yanvar” metrosunda bomba həyacanı yaşandı

3-09-2012, 12:15
Oxunub: 5 353 [justify]
“20 Yanvar” stansiyasına partlayıcı qurğu olması barədə informasiya yayılıb

Bakı Metropolitenin stansiyalarından birində bomba həyəcanı yaşanıb. Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, metronun “20 Yanvar” stansiyasına partlayıcı qurğunun yerləşdirilməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar etməyiblər.[/justify]