Vasif Talıbov abortu qadağan edib
6-09-2012, 18:15
Oxunub: 5 488

[justify]Muxtar Respublika Türkiyəni qabaqladı
Qadağaları ilə mətbuatın diqqət mərkəzində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. “Qafqazinfo”ya daxil olan məlumatda Vasif Talıbovun Muxtar Respublikada abortu qadağan etdiyi qeyd olunur. Belə ki, artıq bir müddətdir ki, Naxçıvanın bütün tibb müəssisələrinə bununla bağlı qəti tapşırıq verilib. Məlumatda bildirilir ki, bununla bağlı V. Talıbovun hər hansı rəsmi əmri yoxdur. Qadağa şifahi olaraq verilib və buna əməl olunur.
Azərbaycan cəmiyyətdə abort əsasən oğlan və qız uşaqları arasında qoyulan diskriminasiyadan baş versə də V.Talıbovun belə bir addım atmasının səbəbi bəlli deyil.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə də analoji durum yaşanmışdı. Yeganə fərq isə ondadır ki, qonşu ölkə parlamentə təqdim edilməsi üçün əvvəlcə abortun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlamışdı. Lakin qadınların etirazlarından sonra layihənin məclisə təqdim edilməsi gecikdirildi.[/justify]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər