Astarada baş verən olaya DİN rəsmisi münasibət bildirdi
7-09-2012, 17:25
Oxunub: 5 763

[justify]DİN rəsmisi Orxan Mansurzadə: Astara RPŞ əməkdaşlarının olaya göz yumması dezinformasiyadır
Bəzi saytlarda və xəbər portallarında sentyabrın 6-da Astara rayonunda guya kütləvi davanın düşməsi, məhkəmə icraçıları və polis əməkdaşlarına hücum olması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Rayonun Siyəkü kənd sakini Həqiqət Qurbanovaya məxsus bir neçə hektarlıq torpaq sahəsinin cüzi hissəsi Malik və Şahismayıl Muradov qardaşlarının istifadəsində olan əraziyə düşmüşdür. İndi hər iki tərəfin baş ağrısına və məhkəmə proseslərinin predmetinə çevrilmiş, məhkəmənin qərarı ilə Qurbanovlara verilmiş bu torpaq sahəsini Muradovlar xeyli müddətdir əkib- becərdiklərinə, üzərində hazırda yaşşadıqları ev tikdiklərinə görə sözügedən qətnamənin icrası müşkülə dönmüşdür.
İcra məmurları məlum qətnaməni icra etməyə bir neçə dəfə cəhd göstərsələr də bunlar qarşı tərəfin mübahisə edərək dirəniş göstərməsi, biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmələri səbəbindən baş tutmamışdır. Sentyabrın 6-da qətnamənin icrası üçün göstərilmiş növbəti cəhd də qarşılıqlı ittihamlarla və qızğın mübahisə ilə nəticələnmişdir. Bu zaman Şahismayıl Muradovun həyat yoldaşı Şəmayil Muradovanın atdığı çubuq parçası Həqiqət Qurbanovanın qaynı Fərhad Qulamovun göz nahiyəsinə dəymişdir.
Məsələ ilə bağlı Bolgexeber.com-a açıqlama verən DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildrib ki, hər iki tərəf olay barədə DİN-in "102" Xidmətinə məlumat verdikdən sonra Astara RPŞ-nin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu əraziyə gəlmiş, hadisə yerini ətraflı müayinə etmiş, hadisənin iştirakçılarından və şahidlərindən izahatlar alınmışdır. Toplanmış materiallar araşdırılması üçün Astara RPŞ-nin Təhqiqat qrupuna təqdim edilmişdir. Təhqiqat orqanı tərəfindən müvafiq ekspertiza da təyin edilmiş, həm də bunun nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir. Ona görə də polisin fəaliyyətsizlikdə günahlahdırılması, Astara RPŞ əməkdaşlarının olaya guya göz yumması, Həqiqət Qurbanovanın və onun ailəsinin həyatının təhlükdə olması barədə yayılmış məlumatlar şayiə xarakterlidir və dezinformasiyadır".[/justify]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər