BolgeXeber.Com » Sosial » Misir Mərdanov deputatları vurdu

Misir Mərdanov deputatları vurdu

11-09-2012, 05:05
Oxunub: 5 928
[justify]Təhsil naziri Misir Mərdanov Bakıdan seçilən deputatların bostanına daş atıb. Nazir dünən Bakının təhsil işçilərinin konfransında çıxış edərkən deputatların tədbirə qatılmamasına irad bildirib.
“Niyə burda Bakıdan seçilən millət vəkilləri yoxdur? Axı burada Bakının təhsil vəziyyəti müzakirə olunur. ABŞ-da valideyn-müəllim təşkilatları ən güclü qurumlardır. Biz isə bir millət vəkilini məktəbə gətirə bilmirik”, - deyə təhsil naziri bildirib.
Misir Mərdanov bu iradı ilə həm də Milli Məclisdə təhsillə bağlı aparılan müzakirələrin qeyri-səmimiliyinə, deputatların hansısa maraqlar üzündən təhsillə bağlı tənqidi çıxışlar etdiyinə işarə vurub.
[/justify]