BolgeXeber.Com » Sosial » Bakıda üçəm doğuldu

Bakıda üçəm doğuldu

15-09-2012, 12:25
Oxunub: 5 241 Bakı şəhərində bir qadınının üçəm övladı dünyaya gəlib.

Modern.az saytının məlumatına görə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gələn körpələrdən ikisi qız, biri oğlandır.

Körpələr qeysər kəsiyi əməliyyatı ilə dünyaya gəliblər. Həkimlər ananın və uşaqların vəziyyətinin ağır olduğunu deyirlər: “Ananın və uşaqların vəziyyəti ağırdır. Ananın böyrəklərində problem olduğundan hamiləliyin səkkizinci ayında yarımçıq əməliyyat olunub.

Uşaqlar isə OMD-yə alınıblar”-deyə xəstəxanadan saytımıza bildiriblər.