BolgeXeber.Com » Sosial » Azərbaycanda 4 yaşlı uşağın şok ölümü

Azərbaycanda 4 yaşlı uşağın şok ölümü

17-09-2012, 13:15
Oxunub: 5 428 Daha 4 nəfər isə ağır vəziyyətdədir

Bu gün saat 00.10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naftalan şəhər sakini Elnur Qəhrəmanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurub. Nəticədə sərnişinlərdən sürücünün 4 yaşlı oğlu Valeh hadisə yerində ölüb. Xəsarət almış E.Qəhrəmanov və digər sərnişinləri arvadı Gülmirə, oğlanları Akşin və Şaiq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətləri orta-ağırdır.