"Qafqaz Region” yaradıldı
20-09-2012, 14:40
Oxunub: 6 194
Azərbaycanda yeni İctimai Birlik təsis edilib.
Sentyabr 17-də “Qafqaz Region” qeyri hökumət təşkilatı İctimai Birliyi təsis olunub və onun nizamnaməsi qəbul edilib.
Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə, “Qafqaz Region” İctimai Birliyinin sədri Tağıyev Mahmud Rasim oğlu seçilib. Qeyd edək ki, M.Tağıyev eyni zamanda, “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədr müavini, “Qafqaz Region” (qafqazregion.az) portalının təsisçisi və baş redaktoru, “Yeni Nəsil” (ynp.az) portalının təsisçisidir.
Onu da bildirək ki, yeni İB-nin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər sentyabrın 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilib. Nizamnaməyə əsasən, “Qafqaz Region” İB-nin fəaliyyəti Azərbaycan Respublikası, Rusiya Federasiyası və Gürcüstan Respublikası ərazilərini əhatə edir.
Birliyin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasında, habelə Rusiya Federasiyasında əsasən Qafqaz, Şimali Qafqaz, Gürcüstan Respublikası və Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin inkişaf etməsinə çalışmaq, regionun dinamik iqtisadi inkişafının təmin edilməsi, dövlətlərarası sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması, qeyd edilən dövlətlərin şirkətləri arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. Ictimai Birlik, həmçinin, Azərbaycan Respublikasının ərazilərini işğaldan azad etmək istiqamətində fəaliyyət göstərir, ekologiya və sair məsələlərin həlli ilə Azərbaycan dövlətinin siyasətini həyata keçirir.
“Qafqaz Region” – qeyri hökumət təşkilatı İctimai Birliyi dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yaradacaq, nümayəndəliklər açacaq. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı sahələrdə fəaliyyət göstərəcək:
•Ictimai-siyasi, sosial, iqtisadi, mədəni və ekoloji sahədə;
•Dövlətimizin daxili və xarici siyasətinin dəstəklənməsi istiqamətində;
•Milli maraqların qorunması, demokratiyanın və vətəndaş cəmiyyətinin səmərəliliyinin artırılması sahəsində;
•Dövlətimizin inkişafına xidmət edən layihələrə önəm vermək, dövlətin tərəfdaşı qismində çıxış etmək;
• Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr işləmək və onları həyata keçirmək;
•Fəaliyyətini vətəndaş təşəbbüsləri əsasında qurmağı, vətəndaşların hüquq və azadlıqlarını qorumaq;
•Ekologiya məsələləri və problemləri üzrə müxtəlif layihələr hazırlamaq və həyata keçirmək və bu sahədə monitorinqlərdə iştirak etmək;
•Azərbaycanda fəaliyyət göstərən Birliyin üzvlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarının həyata keçirilməsinə kömək etmək;
• Birlik üzvlərinin ümumi mənafelərini qorumaq və ümumi məqsədlərin əldə edilməsinə çalışmaq;
• Sərmayə qoyuluşunu artırmaq üçün Azərbaycanı xarici ölkələrdə tanıtdırmaq;
•Regionun şirkətləri arasında sənaye, ticarət və digər iqtisadi münasibətləri inkişaf etdirmək;
•Azərbaycan və region dövlətləri arasında işgüzar, ictimai və mədəni əlaqələrin hərtərəfli inkişafı üçün çalışmaq;
•Birliyin məqsədlərinə uyğun olan ictimai yığıncaqlar təşkil etmək;
•Azərbaycan Respublikasının qanunları ilə qadağan edilməyən fəaliyyətləri həyata keçirmək;
• Azərbaycan Respublikasında və xarici ölkələrdə Birliyin məqsədlərinə uyğun fəaliyyət göstərən ictimai birliklər, fondlar və digər təşkilatlarla sazişlər imzalamaq, birgə fəaliyyət göstərmək və əməkdaşlıq etmək;
•Birlik siyasi fəaliyyət göstərmir və siyasi hadisələrə müdaxilə etmir, lakin Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada qanunvericiliyin təkmilləşdirilməsi haqqında əlaqədar orqanlara təkliflər verə bilər.
•Birlik Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə iştirak edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər